İdman

Ramos məşqlərə başladı

9 Noyabr 2021 19:38
0 Şərh     Baxış: 1 309
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa PSJ-sinin futbolçusu Serxio Ramos komanda ilə məşqlərə başlayıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, ispaniyalı müdafiəçi Paris təmsilçisinin hazırlığında iştirak edib.

O, komandasının gənc oyunçulara qarşı hazırlıq xarakterli matçında da şans qazanıb. Bu ilin yayında PSJ-yə keçən Serxio zədələrdən əziyyət çəkdiyi üçün hələ də komandada rəsmi debüt etməyib.

Qeyd edək ki, Ramos PSJ-yə azad agent kimi keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.