İdman

"Şamaxı" səfərdə "Karvan-Yevlax"a qalib gəlib

7 Dekabr 2025 16:04
Baxış: 519
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Misli Premyer Liqasının XIV turunda daha bir oyun keçirilib.

Milli.Az xəbər verir ki, günün yeganə qarşılaşmasında "Şamaxı" səfərdə "Karvan-Yevlax"a qalib gəlib -3:0.

Yevlax şəhər stadionunda baş tutan matçda qolları Oruc Məmmədov (60), Kərim Rossi (70) və Dioqo Balau (82) vurublar.

Şamaxı kollektivi 17 xalla turnir cədvəlinin yeddinci sırasında qərarlaşıb. 5 xalı olan yevlaxlılar isə sonuncu - on ikincidirlər.

Qeyd edək ki, turun açılış görüşündə "Zirə" "Qarabağ"la bərabərə qalıb - 1:1. Tura dekabrın 9-da yekun vurulacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.