Misir millisinin və "Liverpul"un futbolçusu Məhəmməd Salah bu dəfə gündəlik qida menyusu ilə diqqət mərkəzinə düşüb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 29 yaşlı hücumçu adətən səhərlər Paratha adlı hind çörəyi, bir bardaq süd və bir qab meyvə yeyir. O, nahar yeməyində mərçi şorbası, tərəvəz, çörək, toyuq əti, qatıq kimi qidalar qəbul edir. Salah axşamlar isə şorba, tərəvəz və Misir üsulu ilə hazırlanmış koşari yeyir.
Qeyd edək ki, Salah daim fiziki göstgəriciləri, bədən quruluşu ilə gündəmə gəlir.
Milli.Az