İdman

Yunan-Roma güləşçilərimizin U-23 dünya çempionatındakı ilk rəqibləri müəyyənləşib

31 Oktyabr 2021 23:45
0 Şərh     Baxış: 620
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Noyabrın 1-də Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı start götürəcək.

Milli.Az xəbər verir ki, oktyabrın 31-də yunan-Roma güləşində bütün çəki dərəcələri üzrə püşkatma mərasimi keçirilib və millimizin üzvlərinin ilk rəqibləri müəyyənləşib.

Millimizin üzvlərindən Nihad Quluzadə (55 kq) İxtiyar Botirov (Özbəkistan) - Poya Dad Marz (İran) cütünün qalibi ilə, Həsən Məmmədli (63 kq) Korneliu Rusu (Moldova), Həsrət Cəfərov (67 kq) meksikalı Dieqo Martines, Ülvü Qənizadə (72 kq) Qırğızıstan təmsilçisi Liqilik Satimkul, Qurban Qurbanov (77 kq) bolqarıstanlı Zlatomir Emilov, Məhəmməd Əhmədiyev (87 kq) Mario Vukoviç (Serbiya), Sərxan Məmmədov (130 kq) Çili güləşçisi Dieqo Almendras ilə qarşılaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.