İdman

Milli üzvü müqavilə bağlayacağını açıqladı

30 Oktyabr 2021 19:03
0 Şərh     Baxış: 503
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Çelsi"nin müdafiəçisi Antonio Rudiger gələcəyi ilə bağlı qərarını vermək üzrədir.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Almaniya millisinin üzvü London təmsilçisi ilə yeni müqavilə imzalamağa yaxındır.

Bunu ulduz futbolçu özü də təsdiqləyib. O, uzun müddətdir danışıqların davam etdiyini və komandada qalmaq arzusunda olduğunu açıqlayıb. 28 yaşlı mərkəz müdafiəçisi bir neçə klubun maraq dairəsində olmasına baxmayaraq, tezliklə "zadəganlar"la yeni sazişə qol çəkməyi düşünür. Razılıq əldə olunarsa, komandada illik maaşı 10 milyon avroya yüksəldiləcək.

Qeyd edək ki, Antonio Rudigerin hazırkı müqavilə müddəti mövsümün sonuna qədərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.