İdman

Mahir Emrelinin komandası uduzdu

18 Oktyabr 2021 06:43
0 Şərh     Baxış: 1 786
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli komandamızın hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" bu gün Polşa çempionatında növbəti oyununa çıxıb

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Varşava təmsilçisi 11-ci turda çempionluğa iddiaçılardan olan "Lex"i (Poznan) qəbul edib və 0:1 hesabı ilə uduzub.

M.Emreli də sözügedən görüşdə iştirak edib. Start heyətdə meydana daxil olan millimizin üzvü 65-ci dəqiqədə Tomas Pekhartla əvəzlənib.

Qeyd edək ki, "Legiya" 9 xalla 15-ci pillədə qərarlaşıb. Paytaxt təmsilçisinin ehtiyatda daha iki oyunu var. "Lex" isə 24  xalla liderliyə yüksəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.