İdman

Andorra ev oyunlarını keçirdiyi stadionda güclü yanğın - VİDEO

9 Oktyabr 2021 15:00
Baxış: 632
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Andorra milli komandasının ev oyunlarını keçirdiyi "Estadi Nasional" stadionunda güclü yanğın baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Andorra milli komandası sabah 2022 FİFA Dünya Kuboku seçmə mərhələsi çərçivəsində İngiltərəni məhz bu meydançada qəbul etməli idi.

Qeyd olunur ki, alov ehtiyyatda oturan oyunçuların oturduğu skamyaları və televiziya stendinin quraşdırıldığı yeri əhatə edib. 

Yanğının səbəbi hələlik məlum deyil.

Britaniya mətbuatının yazdığına görə, hazırda görüşün məhz "Estadi Nasional"da keçirilməsi sual altındadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.