İdman

Rafael Ağayev səhhəti barədə: “Dəhşət ağrı hiss etdim”

7 Oktyabr 2021 20:12
0 Şərh     Baxış: 1 309
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Fərdi məşq edərkən ayağım burxulub".

Milli.Az xəbər verir ki, bunu oxu.az-a sol ayağı qırılan karateçi Rafael Ağayev deyib.

O bildirib ki, ayağında çat da var:

"Hadisə dünən baş verib. İndividual şəkildə məşq edirdim. Bu zaman sol ayağımda dəhşət ağrı hiss etdim. Həkim müayinəsindən sonra məlum oldu ki, ayağımda çat və balaca qırıq var.

Hazırda ayağım gipsdədir. Sağlamlıq vəziyyətimə 10-12 gün sonra aydınlıq gələcək. Dünya çempionatına bir aydan çox vaxt qalıb. Gips açıldıqdan sonra ora gedib-getməyəcəyim tam dəqiq bilinəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.