Ölkə

At ətini mal əti adı ilə Bakıda satmaq istədi - FOTO

21 Noyabr 2025 13:55
Baxış: 158
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bərdə rayonu, Bakı küçəsində Zaur Məmməd oğlu Novruzova məxsus fərdi yaşayış sahəsində ümumi çəkisi 154 kiloqram olan sümükdən ayrılmış at əti aşkar edilib.

Milli.Az xəbər verir ki, yararsız ət Qida Təhlükəsizliyi Agentliyinin və Daxili İşlər Nazirliyinin Bərdə RPŞ əməkdaşlarının birgə keçirdiyi reyd zamanı müəyyən edilib.

Yoxlama zamanı məlum olub ki, mənşəyi məlum olmayan ət kəsilərək sümükdən ayrılıb və 99 CJ 158 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil vasitəsilə Natiq Vaqif oğlu Hüseynov tərəfindən mal əti adı altında satış məqsədilə paytaxt Bakıya aparılıb. Ət antisanitar şəraitdə saxlanılıb.

Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. İstehlaka yararsız at əti soyuducu anbarda saxlanılıb, nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.

Araşdırmalar davam etdirilir və məsul şəxslərin müəyyən edilməsi istiqamətində işlər aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.