İdman

İngiltərədə Ronaldu çılğınlığı: 12 saatda böyük gəlir

5 Sentyabr 2021 14:52
0 Şərh     Baxış: 1 389
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2003-2009-cu ildə çıxış etdiyi "Mançester Yunayted"ə geri dönən Kriştianu Ronaldu artıq İngiltərə klubuna xeyir verməyə başlayıb.

Milli.Az Fanat.az-a istinadən xəbər verir ki, azarkeşlər portuqaliyalı futbolçunun formalarını almaq üçün klubun rəsmi mağazalarına axın edir. 7 nömrəli formaları əldə etməyə çalışan fanatlar mağazalar önündə böyük növbələr yaradıb.

Məlumata görə, "Mançester Yunayted" 36 yaşlı futbolçunun formalarının satışından 12 saat ərzində 32,5 milyon funt-sterlinq (76,5 milyon manat) gəlir əldə edib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.