Azərbaycanın iki sərbəst güləşçisi Abubakr Abakarov (86 kq) və Əşrəf Aşırov (79 kq) Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında qızıl medal qazanıblar.
İdmançılarımız finalda Rusiya təmsilçilərinə qalib gələrək turnirin qalibi olublar.
Qeyd edək ki, hazırda ölkəmizin aktivində 6 qızıl, 2 gümüş və 11 bürünc medal var.
Milli.Az