Daha iki güləşçimiz MDB Oyunlarının qalibi oldu

4 Sentyabr 2021 20:33

Azərbaycanın iki sərbəst güləşçisi Abubakr Abakarov (86 kq) və Əşrəf Aşırov (79 kq) Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında qızıl medal qazanıblar.

İdmançılarımız finalda Rusiya təmsilçilərinə qalib gələrək turnirin qalibi olublar.

Qeyd edək ki, hazırda ölkəmizin aktivində 6 qızıl, 2 gümüş və 11 bürünc medal var.

Milli.Az