İdman

Killian Mbappe “Real”da 5 nömrəli formanı geyinəcək

27 Avqust 2021 18:18
0 Şərh     Baxış: 2 578
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyanın "Real" klubunun Killian Mbappe ilə bağlı planları bəlli olub.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Fransa yığmasının və PSJ-nin ulduz hücumçusunu heyətinə qatmaq üçün danışıqlar aparan Madrid təmsilçisi təqdimat mərasiminə hazırlaşır.

Mbappe sentyabrın 10-da təqdim olunacaq. Tədbir "Santyaqo Benabeu"da keçiriləcək.

"Real" rəhbərliyi Killianın daşıyacağı nömrəni də müəyyənləşdirib. Fransalının həmyerlisi Zinəddin Zidanın vaxtilə "Kral klubu"nda daşıdığı 5 nömrəli formanı geyinməsi planlaşdırılır.

Lakin bunun üçün Xesus Valyexo daşıdığı formanı güzəştə getməlidir. Bu baş verməsə, Mbappe boş olan 19 və 23 arasında seçim etməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.