İdman

"Barselona" daha bir ulduzu göndərir - 135 milyona alınan futbolçu gedir

19 Avqust 2021 10:28
0 Şərh     Baxış: 1 703
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Lionel Messi ilə yollarını ayıran "Barselona" daha ulduz futbolçusunu göndərmək istəyir. 

Milli.Az Fanat.az-a istinadən xəbər verir ki, Kataloniya klubu Osman Dembeleni göndərmək niyyətindədi. "Barselona" fransalı hücumçunu ya satmaq, ya da başqa bir futbolçu ilə dəyişmək istəyir.

Məlumata görə, La Liqa təmsilçisi Dembeleni Deyan Kuluşevski ilə dəyişməyi "Yuventus"a təklif edib. Amma Turin klubu təklifi mənfi cavablandırıb.

Qeyd edək ki, Dembele 2017-ci ildə "Barselona"ya Dortmund "Borussiya"sından 135 milyon avroya transfer olunub. 24 yaşlı forvard ötən mövsüm oynadığı 44 matçda 11 qol vurub və 5 məhsuldar ötürmə edib.

AVRO-2020-də Dembele qrup mərhələsində iki dəfə yaşıl meydana çıxsa da, qol vura bilməyib. İyun ayında Macarıstana qarşı F qrupunun II tur matçında (1:1) dizindən zədələnən futbolçu əməliyyat olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.