İdman

Həbib Nurməhəmmədov peşəkar futbola başladı - Bu klubla müqavilə bağladı

15 Avqust 2021 15:37
0 Şərh     Baxış: 1 934
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UFC çempionu Həbib Nurməhəmmədov uşaqlıq arzusunu reallaşdırıb.

Milli.Az Fanat.az-a istinadən xəbər verir ki, dağıstanlı döyüşçü peşəkar futbola başlayıb. Belə ki, Həbib Rusiyanın 3-cü liqasında çıxış edən "Legion Dinamo" (Mahaçqala) klubu ilə müqavilə bağlayıb. Onun komanda ilə məşqlərə başlayacağı bildirilir.

Qeyd edək ki, Nurməhəmmədov daha öncə verdiyi açıqlamada peşəkar şəkildə futbolla məşğul olmaq istədiyini bildirmişdi: "Peşəkar futbolçu olmaq mənim uşaqlıq arzumdur. Futbol bütün idman növlərinin kralıdır. Futbolçu olmaq üçün kimlərə danışmamışam ki? Bunu necə edə biləcəyimlə bağlı Kriştianu Ronaldu, PSJ prezidenti Nasir Əl Xəlifə, UEFA prezidenti Aleksander Ceferinlə danışmışam. Moskva "Spartak"ında məşqlərə çıxmışam. "Spartak" yaxşı komandadır, amma mənim arzum "Real Madrid"dir. Baxdığım ilk matç "Real Madrid"in oyunu olub. 1998-ci ildə Çempionlar Liqasının finalında Miyatoviçin vurduğu qolu hələ də unutmamışam".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.