İdman

“Neftçi”nin iki futbolçusu Helsinkiyə aparılmadı

11 Avqust 2021 13:36
0 Şərh     Baxış: 1 059
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Neftçi"nin iki futbolçusu Finlandiyanın paytaxtı Helsinkiyə səfər etməyib.

Milli.Az xəbər verir ki, "Olimpiakos"la ilk oyunda başından ciddi zədə almış və əməliyyat keçirmiş hücumçu Namiq Ələsgərov Bakıda qalıb və fərdi məşqlərlə kifayətlənib.

Komandanın portuqaliyalı mərkəz müdafiəçisi Uqo Baştu isə qrip olub. Onun testi neqativ çıxsa da, Helsinkiyə gedən heyətdə ona ehtiyac duyulmayıb.

Qeyd edək ki, UEFA Avropa Liqasının III təsnifat mərhələsinin HİK - "Neftçi" oyunu avqustun 12-də keçiriləcək. Görüşə Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.