İdman

"Barselona" tarixə düşən türk futbolçunu transfer edir

11 Avqust 2021 10:00
0 Şərh     Baxış: 2 958
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Lionel Messi ilə yollarını ayıran "Barselona" türk futbolçu transfer edir.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bu barədə "TRT Spor"un şərhçisi Barış Yurduseven məlumat yayıb. Onun sözlərinə görə, Kataloniya klubu Emre Demirin transferi üçün "Kayserispor"la prisipial anlaşma əldə edib. 

"Kayserispor"un prezidenti Berna Gözbaşı isə Emre Demirin satışı ilə bağlı bunları deyib: "Gənc futbolçularımızın transferi ilə bağlı çox xəbərlər yayılır. Hazırda bir çox klubla danışıqlarımız davam edir. Amma hələ qəti bir şey yoxdu. Hər kəsi klubumuzdan veriləcək xəbərləri gözləməyə çağırıram".

Qeyd edək ki, Emre Demir 15 yaşında "Kayserispor"un forması ilə "Gənclərbirliyi"nin qapısına yol taparaq Super Liqa tarixinin qol vuran ən gənc futbolçusu kimi tarixə düşmüşdü. Hazırda 17 yaşı olan yarımmüdafiəçi Super Liqa və Türkiyə kubokunda indiyədək oynadığı 31 matçda 3 qol vurub və bir məhsuldar ötürmə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.