İdman

"Keşlə"yə vurduğu qol "Soçi"nin tarixinə düşdü

22 İyul 2021 20:51
0 Şərh     Baxış: 1 190
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində hazırda "Keşlə" ilə qarşılaşan "Soçi" avrokuboklarda ilk qolunu vurub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, matçın 10-cu dəqiqəsində Rodriqo hesabı açıb. Braziliyalı yarımmüdafiəçinin qolu klub üçün əlamətdar olub. Tarixində ilk dəfə qitəmiqyaslı turnirlərə qatılmaq hüququ qazanan 3 yaşlı klub avrokuboklarda qol hesabını açıb.

Qeyd edək ki, hazırda ilk hissəsi davam edən matçda "Keşlə" hesabda 0:1 geridədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.