İdman

Avrokubok oyununa biletlər HAVAYI OLACAQ

17 İyul 2021 18:54
0 Şərh     Baxış: 806
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasının II təsnifat mərhələsində "Sumqayıt"la qarşılaşacaq "Çukariçki"nin Belqraddakı oyununa azarkeşlər buraxılacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, klub rəhbərliyi matç öncəsi maraqlı addım atıb.

İyulun 21-də "Çukariçki" stadionunda keçiriləcək görüşün şərq tribunaları üçün biletlər havayı paylanılacaq. Azarkeşlər iyulun 20-dən etibarən arenanın kassalarından şəxsiyyət vəsiqəsini göstərərək biletlərini ala bilərlər. Bir nəfərə maksimum 4 bilet verilməsi qərara alınıb. Serbiya təmsilçisi tarixində ilk dəfə avrokubokların III təsnifat mərhələsinə yüksəlməyi hədəfləyir və rəhbərlik bunda azarkeşlərin dəstəyinin böyük rol oynayacağını düşünür.

Qeyd edək ki, iyulun 21-də keçiriləcək "Çukariçki" - "Sumqayıt" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.