İdman

İtaliya nəhəngi "Real"ın ulduzunu heyətinə qatdı

16 İyul 2021 15:54
0 Şərh     Baxış: 1 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın "Milan" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, "qırmızı-qaralar" "Real"ın futbolçusu Brahim Diazı heyətinə qatıb. Bu barədə italiyalı jurnalist Fabrizio Romano məlumat yayıb.

Məlumata görə, "Milan" transfer üçün "Real"la anlaşıb. Klub 21 yaşlı futbolçunu 2023-cü ilin yayınadək icarəyə götürəcək. "Milan" bunun üçün "kral klubu"na 3 milyon avro ödəyəcək. Klub oyunçunu birdəfəlik transfer etmək istəsə, qarşı tərəfə 22 milyon avro ödəməli olacaq. "Real" isə 27 milyon avro qarşılığında futbolçunu geri ala biləcək.

Transferin yaxın günlərdə rəsmiləşməsi gözlənilir. Diaz keçən mövsümü də icarə əsasında "Milan"da keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.