İdman

“Qızıl Top”a namizədlərin siyahısı yenilənib

6 İyul 2021 09:19
0 Şərh     Baxış: 1 551
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Goal.com saytı 2021-ci ilin yekunlarına əsasən "Qızıl Top"a namizədlərin siyahısını yeniləyib.

Argentina millisi və "Barselona"nın hücumçusu Lionel Messi öncəki reytinqdəki 5-ci mövqeyindən liderliyə yüksəlib.

Milli.Az xəbər verir ki, Fransa yığması və "Çelsi" klubunun yarımmüdafiəçisi Nqolo Kante isə zirvədəki yerini itirib. Yeni siyahıda o, ilk üçlüyü qapayır.

Siyahının ikinci pilləsində Robert Levandovski (Polşa, "Bavariya") dayanır. Onu Romelu Lukaku (Belçika, "İnter") və Kilian Mbappe (Fransa, PSJ) izləyir.

Portuqaliya yığması və "Yuventus"un hücumçusu Kriştianu Ronaldu isə reytinqdə 7-ci pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.