İdman

Azərbaycan cüdoçuları Avropa kubokunda 4 medal qazandı - FOTO

3 İyul 2021 21:28
0 Şərh     Baxış: 810
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çexiyada yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışına start verilib.

Milli.Az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, beynəlxalq turnirdə mübarizə aparan yeniyetmələrdən ibarət cüdo millimiz aktivinə 4 medal yazdırıb.

Oğlanların mübarizəsində Xəyal Həsənov (-50 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. Bu çəkidəki digər təmsilçimiz Babarəhim Mirzəyev bürünc medala layiq görülüb. 60 kq çəki dərəcəsində yarışan cüdoçumuz Aydın Rzayev yalnız final görüşündə uduzaraq gümüş medal əldə edib. Qızların yarışında Aydan Rzayeva millimizə gümüş medal qazandırıb. Beləliklə milli komandamız Teplitse yarışının ilk günündə 1 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olub.

Beynəlxalq yarışda Avropanın 28 ölkəsindən 371 cüdoçu medallar uğrunda mübarizə aparır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.