İdman

Şevçenko: “Komanda mənim quruluşumu tam şəkildə tətbiq etdi”

30 İyun 2021 17:48
1 Şərh     Baxış: 1 072
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko Avropa çempionatının 1/8 final mərhələsində İsveç üzərində qələbəyə münasibət bildirib.

Milli.Az xəbər verir ki, bu barədə RT məlumat yayıb.

"Cinahlarımızı təhlükəsiz etməyə qərar verdik. Yarımmüdafiəçilərdən çox çalışmalarını istədik, Yarmolenko üçün bəzi mövqelər hazırladıq. Oyunu idarə etməyə çalışdıq, hər zaman alınmadı, ancaq komanda mənim quruluşumu tam şəkildə tətbiq etdi. Biz tələsmirdik, topu cihandan cinaha ötürürdük, ilk qolu da belə vurduq", - deyə Andrey Şevçenko bildirib.

Onun sözlərinə görə, hər iki komanda yaxşı oyun nümayiş etdirib. Şevçenko həmçinin qeyd edib ki, Ukrayna millisinin qeyri-standart qərarlarla problemi yoxdur, komanda ilk dəqiqələrdən necə oynamalı olduğunu bilib və nəticədə plan işləyib.

"İngiltərə ilə ağır oyun olacaq. Sevinməyə vaxtımız var, sabah isə Romaya uçuruq və hazırlıqlara başlayırıq", - deyə A.Şevçenko bildirib.

Xatırladaq ki, Ukrayna millisi İsveçə 2:1 hesabı ilə qalib gəlib. Andrey Şevçenkonun yetirmələri 1/4 finalda İngiltərə millisi ilə qarşılaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.