İdman

"Fənərbağça"dan ayrıldı, "Kasımpaşa" ilə müqavilə bağladı

28 İyun 2021 23:30
Baxış: 913
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Fənərbağça"nın qapıçısı Harun Tekin İstanbul təmsilçisindən ayrılıb. Milli.Az matc.az-a istinadən bildirir ki, 32 yaşlı qolkiper bundan sonrakı karyerasını "Kasımpaşa"da davam etdirəcək.

Bu barədə onun yeni klubu məlumat yayıb. Təcrübəli qolkiperlə 2 illik müqavilə imzalanıb. "Fənərbağça" ilə müqaviləsinin müddəti bu yay bitən futbolçu "Kasımpaşa"ya azad agent statusunda keçib.
 
Qeyd edək ki, Harun Tekin 2018/19 mövsümündə "Bursaspor"dan 3 milyon avro qarşılığında "Fənərbağça"ya keçmişdi. O, İstanbul təmsilçisinin heyətində cəmi 47 matça çıxıb. Bu görüşlərdə 51 qol buraxan qolkiper, cəmi 18 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.