İdman

Eriksenin ürəyinə xüsusi aparat qoyulacaq

18 İyun 2021 10:24
Baxış: 1 347
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa çempionatının B qrupunun Finlandiya ilə oyununda huşunu itirərən Danimarka millisinin futbolçusu Kristian Eriksenə implant kardioverter-defibrilyator yerləşdiriləcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Danimarka milli komandasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, İKD həyati təhlükəsi olan aritmiyaların aradan qaldırılması və ürək dayanmasının qarşısını almaq üçün hazırlanmış cihazdır.

"Eriksen bir neçə tibbi müayinə keçdikdən sonra qərara alınıb ki, futbolçu üçün implant kardioverter defibrilyator zəruridir. Kristian beynəlxalq səviyyəli mütəxəssislərin məsləhət gördüyü bu addıma razılaşıb. Biz hamını Kristian və ailəsini yaxın müddətdə narahat etməməyə çağırırıq", - milli komandanın mətbuat xidmətinin açıqlamasında qeyd olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.