İdman

Futbol oynamağa həsrət qalan gənclər - VİDEO

16 İyun 2021 11:34
Baxış: 701
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yerli bələdiyyə ilin sonuna kimi problemin həll ediləcəyinə söz verdi

Milli.Az Real TV-ə istinadən bildirir ki, stadion olsada gənclər bundan yararlana bilmədiklərini deyirlər. Səbəb stadionda lazimi şəraitin olmamasıdır.

Söhbət Qusarın Gədəzeyxur kəndindən gedir. Kənd sakinləri bildirir ki, stadion üçün təkcə yer ayrılıb lakin ərazidə nə meydan, nə də digər qurğular mövcud deyil.

Gədəzeyxurlu gənclərin yeganə istəyi digər yaşayış məntəqələrində olduğu kimi kəndlərində normal şəraitli stadionun olmasıdır.

Çəkiliş vaxtı əraziyə yerli bələdiyyə sədrini dəvət etdik. Sakinlərlə söhbət edən bələdiyyə sədri söz verdi ki ilin sonuna kimi stadionun hasara alınmasını həyata keçirəcək. Növbəti mərhələ də isə digər işlər görüləcək.

İndi qalır verilən vədi əməldə sübut etmək. Bələdiyyə sədri vədinə əməl etsə tezliklə Gədəzeyxurlu gənclər normal stadionda futbol oynaya biləcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.