İdman

Kristian Eriksen: “Hələ bir neçə müayinədən keçməliyəm”

15 İyun 2021 15:18
Baxış: 1 216
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dəstəyinizə görə çox sağ olun: bu mən və ailəm üçün çox şey deməkdir".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen tvitter səhifəsində yazıb.

AVRO-2020-nin Finlandiyaya qarşı keçirilən ilk oyununda huşunu itirərək yerə yıxılan və bir müddət ürəyi dayanan ulduz futbolçunu həkimlərin səyi nəticəsində həyata qaytarmaq mümkün olub.

Hazırda xəstəxanada müayinə olunan Danimarka yığmasının aparıcı futbolçusu paylaşımında özünü daha yaxşı hiss etdiyini yazıb: "Xəstəxanada hələ bir neçə müayinədən keçməliyəm, amma özümü yaxşı hiss edirəm. İndi növbəti matçlarda komandamıza azarkeşlik edəcəyəm. Danimarka kimi oynayın!".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.