İdman

Burak Yılmazdan tarixi rekord

12 İyun 2021 07:25
Baxış: 936
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyə millisinin futbolçusu Burak Yılmaz yeni rekorda imza atıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, buna hazırda davam edən Avro-2020-nin açılış matçında İtaliya ilə görüşdə iştirak etməklə nail olub. Bununla da 35 yaş 331 günlüyündə olan hücumçu millinin Avropa və dünya çempionatında meydana çıxan ən yaşlı oyunçusu adını qazanıb. İndiyədək ən yüksək göstərici Rüştü Recepə məxsus idi (35 yaş 46 gün).

Qeyd edək ki, hazırda davam edən görüşdə Türkiyə yığması İtaliyaya 0:2 hesabı ilə uduzur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.