İdman

Kevin Medinanın son durumu bəlli oldu

26 Noyabr 2025 19:01
Baxış: 44
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda səfərdə "Napoli"yə qarşı matçda zədələnən "Qarabağ"ın futbolçusu Kevin Medinanın sağlamlıq durumuna aydınlıq gəlib.

Milli.Az xəbər verir ki, bu barədə "Qarabağ"ın Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib. O, bildirib ki, futbolçu tezliklə matçlara qoşulacaq: "Bu gün aparılan müayinələrdən sonra kolumbiyalı müdafiəçinin vəziyyətinin normal olduğu müəyyənləşib. Komandamız sabah istirahət edəcək. Medinanın birigündən komanda ilə məşqlərə qoşulması gözlənilir".

Qeyd edək ki, ötən gün "Napoli" ilə  qarşılaşmanın 51-ci dəqiqəsində yaxın məsafədən vurulan zərbə kolumbiyalı müdafiəçinin üzünə tuş gəlib.

Nəticədə Kevin huşsuz vəziyyətdə yerə yıxılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.