İdman

Dünya çempionatında 12 cüdoçumuz mübarizə aparacaq

5 İyun 2021 21:41
Baxış: 966
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabah Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə dünya çempionatı start götürəcək.

Milli.Az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, olimpiadaya lisenziya xarakterli çempionatda Azərbaycanı 12 cüdoçu təmsil edəcək. Kişilərin yarışında Davud Məmmədsoy, Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kq), Nurlan Osmanov, Hidayət Heydərov (73 kq), Murad Fətiyev, Zelim Tkçayev (81 kq) və Elmar Qasımov (100 kq) mübarizə aparacaqlar.

Qadınların mübarizəsində isə ölkəmizi Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) təmsil edəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.