İdman

“Formula-1”: İkinci yarış günündə ilk qaliblər bilinəcək

5 İyun 2021 08:33
Baxış: 825
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Formula-1" üzrə Azərbaycan Qran-prisi davam edir.

Milli.Az apasport.az-a istinadən bildirir ki,  mövsümün altıncı mərhələsinin ikinci günündə ilk qaliblər müəyyənləşəcək.

"Formula-2"də birinci yarışın ən sürətliləri bəlli olacaq.

Qran-prinin ikinci günündə "Formula-1" pilotları isə 2 dəfə trekə çıxacaqlar. Onlar öncə üçüncü - sonuncu sərbəst yürüşdə məşq edəcəklər. Ardınca sıralama turunda mübarizə aparacaq iştirakçılar əsas yarış üçün mövqelərini dəqiqləşdirəcəklər.

Azərbaycan Qran-prisi
5 iyun
11:25-12:15. "Formula-2". Sprint yarışı
13:00-14:00. "Formula-1". Üçüncü sərbəst yürüş
16:00-17:00. "Formula-1". Sıralama turu
17:40-18:30. "Formula-2". Sprint yarışı

Qeyd edək ki, yarış iyunun 6-da yekunlaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.