İdman

"Borussiya"da beş ayrılıq

23 May 2021 22:44
Baxış: 1 478
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyanın "Borussiya" (Mönhenqladbax) klubu beş futbolçusu ilə yollarını ayırıb.

Milli.Az matc.az-a istinadən bildirir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə İbrahima Traore, Oskar Vendt, Valentino Lazaro, Xulio Vilyalba və Maks Qrünün komandadan ayrıldığı diqqətə çatdırılıb. Onların klubla müqavilə müddəti başa çatıb. Tərəflər yeni sözləşmə imzalamayıblar.
 
Qeyd edək ki, Mönhenqladbax "Borussiya"sı Bundesliqada geridə qalan mövsüm ərzində 34 oyuna 49 xalla 8-ci pilləni tutub və avrokuboklara vəsiqə qazana bilməyib. Oskar Vendt 22 oyun keçirib, 1 qol vurubsa, Valentino Lazaro da 22 oyunda 2 qolla yadda qalıb. Zədə səbəbindən uzun müddət komandasına kömək edə bilməyən İbrahima Traore cəmi 7 qarşılaşmada forma geyinib. Maks Qrün ilə Xulio Vilyalba isə ümumiyyətlə forma şansı qazanmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.