İdman

"Onun transferində şəxsən özüm maraqlıyam" - Samir Abasov

22 May 2021 19:54
Baxış: 977
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Onun transferində şəxsən özüm maraqlıyam. Çox danışmaq istəmirəm. Oyunçuya və onun komandasına haqsızlıq etmiş olarıq. Onların da bütün fikri ölkə kubokunun finalındadır. Hələ ki, gözləyək, futbolçu öz oyununu oynasın".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Neftçi TV"yə açıqlmasında komandanın baş məşqçisi Samir Abasov  "Keşlə"dən Sezar Meza Kollinin transfer olunub-olunmayacağı barədə suallara cavab verərkən deyib.

43 yaşlı mütəxəssis paraqvaylı yarımmüdafiəçi və onun agentləri ilə danışıqların davam etdiyini söyləyib: "Meza Kollinin komandası əziyyət çəkib finala vəsiqə qazanıb. Son görüşdə "Sumqayıt" və "Keşlə"yə uğurlar arzulayıram. Kubokun finalından sonra bu məsələyə qayıdacağıq. Sezar Meza Kolli bizim maraq dairəmizdədir və mənim istədiyim oyunçulardan biridir. Nə ondan, nə də klubundan cavab gəlib. Biz də onları başa düşürük. Sadəcə, azarkeşlər narahat olmuşdular deyə, bunu deyirəm. Açıqlamaya da bilərdik. "Keşlə"nin son oyununun bitməsini gözləyirik. Ondan sonra hər şey dəqiqləşəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory