İdman

"Neftçi" çempionluq kubokunu şəhid azarkeşlərinin məzarına apardı

20 May 2021 08:03
Baxış: 905
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Premyer Liqada mövsümün son turunda "Qarabağ"a qalib gələrək (1:0) Azərbaycan çempionu olan "Neftçi" 2-ci Fəxri Xiyabanı ziyarət edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi matçdan sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsini yad etmək üçün bu addımı atıb.

Klub prezidenti Kamran Quliyev, baş məşqçi Samir Abasov, klub əməkdaşları və futbolçular tam heyətlə 2-ci Fəxri Xiyabana yollanıb. Çempionluq kubokunu da özü ilə aparan "Neftçi" həm də şəhid olan azarkeşləri - mayor Rüfət Əsgərov və leytenant Teymur Məcidzadənin məzarını da ziyarət edib, ruhuna dualar oxuyublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.