İdman

Azərbaycan millisinin iştirak edəcəyi final mərhələsinin bütün iştirakçılar bilinib - AVRO-2021

17 May 2021 10:29
Baxış: 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadın voleybolçular arasında AVRO-2021-in seçmə mərhələsi başa çatıb.

Milli.Az apasport.az-a istinadən xəbər evrir ki, bununla da final mərhələsinin bütün iştirakçıları dəqiqləşib.

Belarus, Bosniya və Herseqovina, Macarıstan, Yunanıstan, İspaniya, Slovakiya, Finlandiya, Fransa, Ukrayna, Çexiya, İsveçrə və İsveç milliləri seçmə mərhələdən AVRO-2021-ə yüksəlib. Bu komandalar 4 ölkənin - Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiyanın ev sahibliyi edəcəyi yarışa qatılacaq.

Azərbaycan yığması isə final mərhələsinə AVRO-2019-un nəticələrinə görə vəsiqə qazanan 8 ən yaxşı komandadan biridir. Millimizlə yanaşı, Belçika, Almaniya, İtaliya, Niderland, Polşa, Rusiya və Türkiyə də qitə çempionatında gücünü sınayacaq.

AVRO-2021-in oyunları avqustun 18-dən sentyabrın 4-dək keçiriləcək. 24 komanda 6 qrupa bölünəcək. Qrupların tərkibi mayın 20-də Serbiyanın paytaxtı Belqradda keçiriləcək püşkatmada müəyyənləşəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.