İdman

Fan-klublar tribunalara qayıtmaq üçün AFFA və PFL-ə müraciət ediblər

15 May 2021 13:58
Baxış: 583
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ" və "Neftçi" azarkeşləri Premyer Liqanın son turunda tribunalardakı yerlərini almaq arzusundadır.

Apasport.az saytının məlumatına görə, bunun üçün "Forza Neftçi" və "İmarət" fan-klubları AFFA ilə PFL-ə birgə müraciət edib.

Onlar çempionluğun taleyinin həll olunacağı qarşılaşmanın azarkeşlərlə daha həyəcanverici olacağını hesab edirlər. Müraciətdə deyilir: "Peşəkar Futbol Liqasından xahiş edirik ki, mövsümün həlledici matçında stadiona məhdud sayda azarkeş buraxılması təmin olunsun! PFL rəhbərliyinin mövsümün ən maraqlı matçının azarkeşsiz baş tutmaması üçün əlaqədar qurumlara müraciət etməsi labüddür!"

Qeyd edək ki, mayın 19-da "Dalğa Arena"da keçiriləcək "Neftçi" - "Qarabağ" görüşü öncəsi ağdamlılar 57 xalla birinci, bakılılar isə 56 xalla ikinci pillədə qərarlaşır. Koronavirus pandemiyası səbəbindən bu mövsümün bütün matçları boş tribunalar önündə keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.