İdman

Özildən Fələstinə dəstək - FOTO

12 May 2021 14:44
Baxış: 1 524
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Fənərbaxça"nın futbolçusu Məsut Özil Fələstinə dəstək olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi və digər komanda yoldaşları Superliqanın 41-ci turunda "Sivasspor"la matçdan (1:2) əvvəl məşqə xüsusi geyim ilə çıxıblar.

Futbolçuların köynəyinin üzərində "Özgür Fələstin (Azad Fələstin)" sözləri yazılıb. Həmçinin geyimin üzərində Fələstin və Türkiyə bayraqları da yer alıb.

Qeyd edək ki, bir neçə gündür ki, Fələstin və İsrail arasında qarşıdurma gedir. Bunun nəticəsində çox sayda insan həyatını itirib və yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.