İdman

“Real”ın prezidenti: “2024-cü ilədək klublar müflis olacaq və üsyan qaldıracaq”

26 Aprel 2021 15:19
Baxış: 935
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real"ın prezidenti Florentino Peres UEFA-nın Çempionlar Liqasındakı islahatlarını tənqid edib.

Milli.Az sports.ru-ya istinadən xəbər verir ki, o, həm format, həm də zaman baxımından turnirdəki dəyişiklklərin onu qane etmədiyini bildirib.

Peresin sözlərinə görə, klubların bir çoxu cari vəziyyəti anlamır. Belə ki, UEFA dəyişikliklərin yalnız 2024-cü ildə qüvvəyə minəcyini açıqlayıb. O zamanadək isə vəziyyət elə belə də davam edəcək.

"Əgər təcili tədbirlər görülməsə 2024-cü ilədək klublar müflis olacaq və üsyan qaldıracaq", - deyə kral klubunun rəhbəri əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.