Ölkə

Bakıda inşa olunan yeni yol belə olacaq - VİDEO

18 Oktyabr 2025 09:42
Baxış: 666
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakıda dörd tunel, üç piyada keçidi inşa olunacaq.

Milli.Az xəbər verir ki, tunellər Akademik Həsən Əliyev küçəsi ilə "Koroğlu" metrostansiyası avtomobil yolunun üzərində yerləşəcək.

Hazırda "Şəki dairəsi"ndə tunelin tikinti işləri aparılır. Tunelin uzunluğu 506 metr, eni isə 17 metrdir.

Bundan başqa, Bakıda yeni yol da inşa olunur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun tınzimlənməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramına uyğun olaraq Akademik Həsən Əliyev küçəsi - "Koroğlu" metrostansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinə qədər olan hissəsinin tikintisi sürətlə davam etdirilir:

"Yeni avtomobil yolu Ziya Bünyadov və Heydır Əliyev prospektlərinə paralel olaraq layihələndirilib və hazırda inşası sürətlə davam etdirilir".

Daha ətraflı videomaterialda:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.