İdman

Ulduz futbolçu böyrək donoru və pul axtarır

18 Oktyabr 2025 14:13
Baxış: 356
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Amerika futbolunun tanınmış simalarından, keçmiş "Nyu-York Cets" oyunçusu Nik Menqold sosial şəbəkə hesabında böyrək donoru axtardığını açıqlayıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, idmançı paylaşımında izləyicilərinə müraciət edərək, böyrəklərini bağışlamağı xahiş edib. O, böyrək transplantasiyası əməliyyatı planlaşdırdığını və izləyicilərindən birinin potensial donor ola biləcəyini istisna etmədiyini bildirib.

"2006-cı ildə mənə xroniki böyrək xəstəliyinə səbəb olan genetik problem diaqnozu qoyuldu. O vaxtdan bilirdim ki, bir gün böyrək köçürülməsi qaçılmaz olacaq. Təəssüf ki, hazırda donor ola biləcək yaxın qohumum yoxdur", - deyə Menqold qeyd edib.

Futbolçu əlavə edib ki, əməliyyat üçün yalnız donor deyil, həm də maddi dəstəyə ehtiyac duyur. O, ianə vermək istəyən hər kəsə təşəkkürünü ifadə edib.

Qeyd edək ki, 41 yaşlı Nik Menqold 2016-cı ildə peşəkar karyerasını başa vurub. O, NFL liqasının "Nyu-York Cets" klubunda çıxış edərək 171 oyunda iştirak edib və komandanın tarixində ən sabit oyunçulardan biri kimi tanınıb.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.