"Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andradenin DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanan Kabo-Verde millisindən imtina etdiyi deyilir.
Milli.Az xəbər verir ki, futbolçu özü ötən gün "Turan-Tovuz"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra bu barədə suala belə cavab verib:
"Bu məsələ barədə düşünməmişəm. Ona görə də hər hansı şərh vermək istəmirəm".
Qeyd edək ki, Leandro Andrade DÇ-2026-nın seçmə mərhələsi oyunları üçün Kabo-Verde millisinə dəvət almayıb.
Milli.Az