Bu ölkə 400 min avroya “qızıl viza” verəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rumıniya hökuməti Aİ və ya Avropa İqtisadi Bölgəsinə üzv olmayan ölkələrin vətəndaşları üçün "İnvestisiya ilə Rezidentlik Proqramı" adlı yeni təşəbbüs hazırlayır. Layihə çərçivəsində ölkəyə ən azı 400.000 avro məbləğində sərmayə yatıran şəxslərə 5 illik yaşayış icazəsi - yəni "Qızıl viza" veriləcək.
Milli.Az xəbər verir ki, profit.ro portalının məlumatına görə, bu proqram Yunanıstan, Portuqaliya, İspaniya və İtaliya kimi Avropa ölkələrinin oxşar modellərindən ilhamlanıb. Yeni sistem investorların Rumıniyada uzunmüddətli fəaliyyət göstərməsinə və 5 ildən sonra vətəndaşlıq üçün müraciət etməsinə imkan yaradacaq.
Proqrama əsasən, "Qızıl viza" əldə etmək istəyənlər aşağıdakı sahələrdən birinə sərmayə qoya bilərlər:
Ən azı 5 illik ödəmə müddəti olan Rumıniya dövlət istiqrazlarının alınması (minimum 400.000 avro);
Ən azı 5 il müddətində saxlanılacaq 400.000 avro dəyərində daşınmaz əmlakın alınması;
ASF tərəfindən icazə verilmiş investisiya fondlarına ən azı 400.000 avro yatırılması;
Birjada siyahıya alınmış Rumıniya şirkətlərinin səhmlərinə minimum 400.000 avro dəyərində sərmayə qoyuluşu.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
-
Qubada 30 yaşlı kişi dəm qazından boğularaq öldü
-
Hava şəraiti ilə bağlı xəbərdarlıq
-
İrana hücum üçün hər gün Trampa zəng edir
-
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
-
Azərbaycanda 9 gün iş olmayacaq
-
“Real Madrid”in sabiq hücumçusu İspaniya klubunu çalışdıracaq
-
Yasən Məmmədov vəfat etdi
-
Zelenski bu gün Danimarkaya səfər edəcək
-
Bankların kredit qərarlarında yeni qayda qüvvəyə mindi
-
Azərbaycan XİN Polşanın Krakov şəhərində baş verən atışma ilə bağlı başsağlığı verib
-
Ayın 11-də intensiv yağış yağacaq - Proqnoz
-
BDYP sürücülərə müraciət etdi
-
Hava ilə bağlı son məlumat
-
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb
-
Bakıda məşhur xəstəxana bağlanır
-
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
-
5 günlük tətil başlayır - Tarixlər açıqlandı
-
Dənizkənarı Milli Park ərazisində batan şəxs xilas edilib - (Video)





