Ölkə

Həftəsonu səfərə hazırlaşan sürücülərin DİQQƏTİNƏ

18 Oktyabr 2025 11:57
Baxış: 316
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Çoxillik müşahidələr göstərir ki, adətən həftəsonu respublika əhəmiyyətli avtomobil yollarda hərəkət intensivliyi nəzərəçarpacaq dərəcədə artırır.

Milli.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin həftəsonu səfərə hazırlaşan sürücülərə müraciətində deyilir.

Bildirilib ki, nəqliyyat axınının tənzimlənməsi məqsədilə zəruri tədbirlər görülsə də, təəssüf ki, bəzən sürücülərin tələskənliyi, diqqətsizliyi səbəbindən məhz bu günlərdə daha ağır yol-nəqliyyat hadisələri qeydə alınır.

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu, xüsusilə səfərə hazırlaşan sürücülərə müraciət edərək onları nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, sürət rejiminə, ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, yol və hava şəraitini nəzərdən qaçırmamağa çağırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.