İdman

"Barselona" Ansu Fati ilə müqaviləni uzadır

24 Aprel 2021 16:09
Baxış: 1 016
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın "Barselona" klubu futbolçusu Ansu Fati ilə müqaviləni uzadacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, La Liqa təmsilçisi gənc hücumçunu 2026-cı ilə qədər heyətində saxlamaq niyyətindədir.

18 yaşlı istedadın hazırkı müqaviləsi 2022-ci ildə başa çatır. Klub rəhbərliyi onu daha 4 il uzatmağı planlaşdırır. Onun anlaşmasında transfer qiyməti kimi  400 milyon avro təşkil edir.

Qeyd edək ki, hazırda zədədən əziyyət çəkən futbolçu uzun müddətdir komandasına kömək edə bilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.