İdman

Superliqadan çıxanlar 150 milyon avro cərimə ödəməlidir

24 Aprel 2021 08:58
Baxış: 875
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyanın "DerSpiegel" nəşri 167 səhifəlik Superliqa sazişinin bəzi detallarını açıqlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, müqaviləyə əsasən, onu imzalayan klublar 23 il ərzində turnirdə çıxış etmək öhdəliyi götürür və ən tez üç il sonra Liqadan çıxa bilər. Əks halda klub 150 milyon avro cərimə ödəməlidir.

Əgər klub hər hansı bir ödəniş almadan turniri tərk edirsə, o zaman cərimə ödəməyə də bilər. Lakin bunun üçün onun müvafiq qərarının əleyhinə birdən artıq Superliqa klubu səs verməməlidir.

Qeyd edək ki, Superliqa 12 klubun imzası ilə təsis olunsa da, bir neçə gün ərzində klublardan 8-i onu tərk etmək barədə qərar verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.