UEFA Rusiyanın FİFA dərəcəli hakimi Sergey Lapoçkini cəzalandırıb.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə 39 yaşlı referinin 90 gün müddətinə futboldan kənarlaşdırıldığı diqqətə çatdırılıb.
Qeyd edək ki, 2018-ci ildə Avropa Liqasının 2-ci təsnifat mərhələsinin "Ventspils" (Latviya) - "Bordo" (Fransa) matçından (0:1) əvvəl bəzi şəxslər Lapoçkindən oyunun nəticəsini manipulyasiya etməsini istəyiblər. Baş hakim buna razılıq verməsə də, UEFA nümayəndələrini məlumatlandırmayıb.
Milli.Az