UEFA rusiyalı referini futboldan kənarlaşdırdı

15 Aprel 2021 21:05

UEFA Rusiyanın FİFA dərəcəli hakimi Sergey Lapoçkini cəzalandırıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə 39 yaşlı referinin 90 gün müddətinə futboldan kənarlaşdırıldığı diqqətə çatdırılıb.

Qeyd edək ki, 2018-ci ildə Avropa Liqasının 2-ci təsnifat mərhələsinin "Ventspils" (Latviya) - "Bordo" (Fransa) matçından (0:1) əvvəl bəzi şəxslər Lapoçkindən oyunun nəticəsini manipulyasiya etməsini istəyiblər. Baş hakim buna razılıq verməsə də, UEFA nümayəndələrini məlumatlandırmayıb.

Milli.Az