İdman

“Sabah” afrikalı hücumçu ilə 3 illik müqavilə bağladı

12 Aprel 2021 16:04
Baxış: 723
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sabah" komandada icarə əsasında çıxış edən Tiemoko Fofananın transfer hüququna yiyələnib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, futbolçunun keçidi ilə bağlı Finlandiyanın "İlves" klubuyla razılığa gəlinib. 21 yaşlı hücumçunun özü ilə isə yeni, 3 illik müqavilə bağlanıb.

Fil Dişi Sahilindən olan futbolçu bu ilin yanvar ayında "İlves"dən icarəyə götürülmüşdü. Fofana cari mövsümdə Azərbaycan Premyer Liqasında 8 oyun keçirib, 1 qola imza atıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.