İdman

Ronaldo bu dəfə formasını yerə atdı

12 Aprel 2021 11:39
Baxış: 846
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo növbəti hərəkəti ilə medianın gündəminə gəlib.

Milli.Az  qol.az-a istinadən xəbər verir ki, o, "Cenoa" ilə matçdan sonra (3:1) formasını qazonun üstünə atıb. Daha sonra topdaşıyan uşaqlardan biri gəlib, formanı yerdən götürüb. Məşhur jurnalist Romeo Aqrestinin məlumatına görə, 36 yaşlı hücumçu köynəyi məhz həmin oğlanın xahişi ilə ora atıb. Baş məşqçi Andre Pirlo isə açıqlamasında bildirib ki, portuqaliyalı oyunçu bu hərəkətinə görə cəzalandırılmayacaq:

"Bu normaldır. Ronaldo, xüsusən oyun çətinləşəndə qol vurmaq istəyirdi. Çünki çempiondur və həmişə qol vurmaq istəyir. Digər oyunçularda olduğu kimi o da üzülə bilər. Matç bitdi və onun əsəbi olması normaldır. Klubun onu cərimə edəcəyini düşünmürəm".

Xatırladaq ki, Ronaldo Portuqaliya millisinin heyətində DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə matçda hakimin onun təmiz qolunu qeydə almadığı üçün əsəbiləşib və kapitanlıq sarğısını yerə çırpmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.