Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin futbolçusu açıqlanıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Real"ın hücumçusu Vinisius Junior bu ada layiq görülüb. 21 yaşlı forvard Madriddə "Liverpul"u 3:1 hesabı ilə məğlub etdikləri qarşılaşmada dubl edib.
Qeyd edək ki, Vinisiusdan başqa "Mançester Siti"dən Kevin de Brüyne, PSJ-dən Kilian Mbappe və "Çelsi"dən Jorjiniyo da ən yaxşı seçilməyə namizəd idi.
Milli.Az